Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 01:27

Son 2 ildə Penitensiar Xidmətin 260 əməkdaşı cəzalandırılıb


Penitensiar Xidmətdə bir çox problemlərin və nöqsanların hələ də mövcud olması diqqətə çatdırılıb
Penitensiar Xidmətdə bir çox problemlərin və nöqsanların hələ də mövcud olması diqqətə çatdırılıb

Son 2 ildə ciddi nöqsanlara yol verdiklərinə görə, Penitensiar Xidmətin 260 əməkdaşı cəzalandırılıb, 80 vəzifəli şəxs işdən azad edilib, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlər törətmiş 38 nəfər cinayət məsuliyyətinə cəlb olunub. «Trend»in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində bütün cəzaçəkmə müəssisələri rəisləri, müavinləri və digər rəhbər işçilərin iştirakı ilə keçirilən Ədliyyə Nazirliyinin səyyar kollegiya iclasında məlumat verilib.


Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar Xidmətin işinin müasir tələblərə uyğun qurulması üzrə həyata keçirilən kompleks tədbirlərdən danışıb. O, bir çox problemlərin və nöqsanların hələ də mövcud olmasını diqqətə çatdırıb. Nazir əməkdaşlardan qısa müddətdə fəaliyyətlərində dönüş yaratmağı tələb edib.


XS
SM
MD
LG