Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 08:54

Tacikistan Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq etmək istəyir

Tacikistan Azərbaycanla neft və qaz yataqlarının işlənib hazırlanması və araşdırılması sahəsində əməkdaşlıq etmək istəyir. Bunu martın 15-də Tacikistan prezidenti Emoməli Rəhmonov, həmkarı İlham Əliyevlə görüşü zamanı bildirib. Rəhmonov vurğulayıb ki, Azərbaycanın neft-qaz sahəsində böyük təcrübəsi var. İlham Əliyev isə cavabında Azərbaycanın bu kimi təklifləri nəzərdən keçirməyə hazır olduğunu deyib.


Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Tacikistana rəsmi səfərə gedib.


XS
SM
MD
LG