Martın 15-də saat 14:00 radələrində Fikrət Əmirov və Xəqani küçələrinin kəsişməsində, Xəqani 47 ünvanında yerləşən 21 mərtəbəli binanın yuxarı hissəsi uçub. Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev deyib ki, binada qəzanın baş verməsinə səbəb betonun təzyiqlə vurulması olub.
Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verib ki, xəsarət alan 4 şəxs xəstəxanaya yerləşdirilib, 1 nəfərin vəziyyəti isə ağırdır. Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı dəstələri binada təmizləmə işləri aparıblar. Nazir müavini bildirib ki, hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Səbail Rayon Prokurorunun müavini Elçin Sultanov məsələ ilə bağlı cinayət işi açıldığını deyib.
Qəza baş verən 21 mərtəbəli bina «Libra» MTK tərəfindən inşa olunur. Yoldan keçən 15 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı və 20-də çox avtomobilin zədələndiyini bildirilir. Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, isə 5 nəfər xəsarət alıb, yaxınlıqda dayanan bir neçə avtomobil zədələnib.
![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() |