Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:28

Afinada Burqas-Aleksandrupolis neft kəmərinə dair saziş imzalandı


Bolqarıstan, Rusiya və Yunanıstan martın 15-də Afinada Bolqarıstanın Qara dənizdəki Burqas limanını Yunanıstanın Egey dənizinin şimalındakı Aleksandrupolis limanı ilə birləşdirəcək neft kəmərinin inşasına dair saziş imzalayıblar. 285 kilometr uzunluğu və 1 milyard avro dəyəri olan neft kəməri Rusiyaya Türkiyənin Bosfor və Dardanel boğazlarından yan keçməklə, Qara dəniz vasitəsilə Aralıq dənizinə neft daşımaq imkanı verəcək. Xəttin tam gücü ildə 50 milyon tondur. Bu, Rusiyanın 2006-cı ildə bütün neft ixracının təqribən beşdə bir hissəsi qədərdir.


XS
SM
MD
LG