Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:07

«Azərkimya» fəaliyyətini bərpa edir


«Üzvi sintez» zavodu

«Martın 13-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə «Azərkimya» Dövlət Şirkətində yaranmış vəziyyət müzakirə edilib. Qərara alınıb ki, şirkətin zavodlarının fəaliyyətə başlaması üçün müəssisələrə enerji verilsin, həmçinin hər bir zavodun borcları bağlanılsın və işçilərə işləmədikləri günlər üçün əmək haqları tam ödənilsin».


Bunu «Azadlıq» radiosuna Sumqayıtdan deputat seçilmiş İkram İsrafilov deyib: «Bu gün səhər şirkətin aparat rəhbəri Süleyman Vəzirovla əlaqə saxladım, o, mənə dedi ki, müssisələr bir-iki günə fəaliyyətini bərpa etməlidir».


«Azərkimya» Dövlət Şirkətinə daxil olan müəssisələr bir neçə gün əvvəl fəaliyyətini dayandırıb. Buna səbəb kimi şirkətin enerji və vergi borclarının olduğu bildirilib.


Martın 13-də Nazirlər Kabinetində məsələ ilə bağlı iclas keçirilib.


«Azərkimya» Dövlət Şirkətinin əsas və köməkçi müəssisələrində səkkiz mindən artıq işçinin çalışdığı deyilir


XS
SM
MD
LG