Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:20

«Prezidentlərin görüşü üçün əsaslı baza yoxdur»


Nazirlərin növbəti görüşünün aprel ayında keçirilməsi qərara alınıb
Nazirlərin növbəti görüşünün aprel ayında keçirilməsi qərara alınıb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Vartan Oskanyanla Cenevrədə görüşü başa çatıb. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirak ediblər.


Azərbaycan XİN rəsmisi Xəzər İbrahimin «Azadlıq» radiosuna verdiyi məlumata görə, görüş zamanı tərəflər öz mövqelərini açıqlayıblar və qərar alınıb ki, məsləhətləşmələr davam etdirilsin. «Həmsədrlər növbəti görüşün apreldə keçirməsi üçün Xarici İşlər nazirlərinin iş qrafiklərinə uyğun olaraq fəaliyyət göstərəcəklər».


Diplomat hələlik ümumi razılığın əldə olunmadığını və bunun üçün müzakirə olunan məsələlərin bütün komponentlərinin razılaşdırılmasının vacib olduğunu bildirib.



Görüşdən sonra Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan isə deyib ki, danışıqlar dərin fikir ayrılıqlarını aradan qaldıra bilməyib: «İndi bir-birimizin mövqeyini daha aydın anlayırıq, amma, o da aydındır ki, bizim mövqelərimizdə dərin ziddiyyətlər mövcuddur».



Xəzər İbrahim onu da bildirir ki, nazirlər prezidentlərin görüşü məsələsini müzakirə ediblər. «Lakin, nəzər almaq lazımdır ki, dövlət başçılarının görüşü yalnız əsaslı baza olduğu təqdirdə keçirilməlidir» diplomat hesab edir ki, hələ bunun üçün əsaslı baza yoxdur.


Elmar Məmmədyarov və Vartan Oskanyanın aprelin 25-də MDB xarici işlər nazirləri Şurasının Astanada keçiriləcək tədbirində görüşəcəyi gözlənilir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG