Martın 14-də FİFA futbol üzrə milli yığmaların ənənəvi reytinq siyahısını dərc edib. Azərbaycan komandası siyahıda yeddi pillə irəliləyərək, 123-cü sırada qərarlaşıb.
Millinin Avropa Çempionatı -2008-də eyni qrupda mübarizə apardığı Portuqaliya siyahıda səkkizincidir. Polşa 24-cü, Serbiya 28-ci, Belçika 55-ci, Ermənistan 119-cu, Qazaxıstan isə 44-cü yerdədir.
Siyahıya Argentina millisi başçılıq edir. İtaliya 1592-ci xalla ikinci, beşqat dünya çempionu Brazilaya isə üçüncü pillədə qərarlaşıb.
Keçmiş SSRİ ölkələrindən ən yaxşı nəticə Ukraynaya məxsusdur - 11-ci yer. Rusiya millisi 23-cü pillədədir.