Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:32

«Cermuk» zərərli su kimi Amerika bazarından çıxarılıb


ABŞ ekspertləri «Cermuk» suyunda təhlükəli arsen (mışyak) tapıblar
ABŞ ekspertləri «Cermuk» suyunda təhlükəli arsen (mışyak) tapıblar

ABŞ-ın Dərman və Ərzaq üzrə Federal Agentliyi Ermənistanın «Cermuk» suyunda səhhət üçün təhlükəli arsen (mışyak) dozaları olması haqqında açıqlama yayıb. Qurum bu açıqlamanın ardınca «Cermuk» mineral suyunun ABŞ bazarından çıxarılması haqda qərar verib.


Martın 13-də «Cemrek-Qrup» şirkətinin rəsmisi Edqar Kazaryan isə bildirib ki, ABŞ dövlət orqanının iddiaları «çoxlu suallar doğurur». Kazaryan deyib ki, onları təəccübləndirən Amerika idarəsinin suyun zərərliyin barədə yalnız yarım litrlik şüşənin tərkibinin analizi əsasında nəticə çıxarmasıdır. Bundan başqa, nümunə kimi götürülən şüşənin şəklindən belə nəticə çıxarmaq olar ki, söhbət saxta «Cermuk»dan gedir. Kazaryan bildirir ki, «belə etiketli su ümumiyyətlə Ermənistan bazarında yoxdur».


Şirkət rəsmisi mineral suyun ABŞ bazarından çıxarılması addımını «Ermənistana qarşı açıq qərəz» adlandırıb və «erməni xalqının avtoritetinə qəsd» kimi qiymətləndirib. O, bu məsələnin siyasi aspektlərinin olduğunu da istisna etməyib: «Biz «Cemruk»u ABŞ-a artıq 7 ildir ixrac edirik, özü də daimi əsasda, bu isə ABŞ-ın müvafiq idarələrinin icazəsi olmadan ola bilməzdi»-deyə Kazaryan xatırladıb.


Ermənistan Dövlət Baytarlıq Müfəttişliyinin sədrinin müavini Marietta Basilisyan deyir ki, arsen Ermənistanın bütün mineral sularının tərkibində var. Onun fikrincə, bu bioloji aktiv mikroelement suyun müalicəvi xasiyyətlərindən irəli gəlir. Onun sözlərinə görə, «Cermuk»da aşkarlanan bu element Dövlət Standartlarının tələblərini keçmir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG