Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:21

Pirat diskləri itlər tapacaq


Malaziyanın paytaxtı Kuala-Lampurun beynəlxalq hava limanında «labrador» cinsindən olan iki it qaçaqmalçı audio və video disklərin axtarışına başlayıblar.


Laki və Flonu Amerika Kino Akademiyası Malayziya gömrükçülərinə müvəqqəti istifadəyə verib. Onlar doqquz ay ərzində təlim keçiblər. Kursun büdcəsi 17 min dollar təşkil edib. İtlər iyə görə polikarbonatları tapmaq iqtidarındadır. Onların vəzifəsi baqajda gizlədilən diskləri tapmaqdır.


Martın 13-də Laki və Flo on dəqiqəyə «Dostlar» teleserialının qanunsuz nüsxələrini aşkarlayıblar.


XS
SM
MD
LG