Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Buşehr Atom Elektrik Stansiyasının açılışı təxirə salınıb


İranın Buşehr şəhərindəki atom elektrik stansiyasının birinci enerji blokunun işə salınması qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bunu «Rosatom»un mətbuat katibi Sergey Novikov deyib. Onun bildirdiyinə görə, atom stansiyanın açılışının başqa vaxta keçirilməsi İran tərəfindən tikintinin maliyyələşdirilməsinin yubadılması ilə bağlıdır.


İran Buşehrdə görülən işlərə görə borcun ödənilmədiyinə dair Rusiyanın iddialarını təkzib edir.


Atom elektrik stansiyasının ilk bloku sentyabrda istismara verilməli idi.


XS
SM
MD
LG