Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Yazıçılar Birliyinin yerləşdiyi binanın əsaslı təmiri ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bakı Şəhər İcra Hakimiyyəti isə Abşeron yarımadasında Birliyin üzvləri üçün yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidr.
Nazirlər Kabineti öz növbəsində Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, yaşlı və gənc nəsil yazıçıların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması və həmin fonddan istifadə qaydaları ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.
Prezident martın 12-də həmçinin Bəstəkarlar İttifaqı və Rəssamlar İttifaqı üzvlərinin də yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında oxşar sərəncamlar imzalayıb.