İpoteka kreditlərinin Zəmanət Fondu martın sonu və aprelin əvvəllərində fəaliyyətə başlaya bilər. Bunu «Azadlıq» radiosuna İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova deyib. Zəmanət Fondu ilkin ödənişin sıfıra endirilməsi üçün nəzərdə tutulub. Hazırkı şərtlərlə borc alanlar ilkin ödəniş kimi kreditin 15 faizini ödəməlidirlər.
İlk dəfə ipoteka kreditləri götürüləndə ilkin ödəniş 30% olub. Prezidentin 23 yanvar 2007-ci il tarixli fərmanı ilə qaydalarda dəyişikliklər edilib və ilkin ödənişin məbləği 15%-ə endirilib. Hazırda güzəştli ipotekanın məbləği 35 min, adi ipotekanınkı isə 50 min manatdır.
Martın 12-ə qədər 468 nəfər ipoteka krediti götürüb. Ümumilikdə, indiyə qədər 14 milyon 140 min manat krediti verilib.