Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 06:33

Azərbaycan futbol yığması «Alma TV kuboku»nda ikinci oldu

Azərbaycan futbol yığmasının da qatıldığı, Qazaxıstanda keçiril ə n «Alma TV kuboku»na yekun vurulub. Yığma son oyunda qırğızları 1:0 hesabıyla məğlub edib. Yeganə qolu 18-ci dəqiqədə Vaqif Cavadov vurub. Meydan sahibi qazaxlar isə özbəklərlə oyunda 1:1 hesablı heç-heçə sayəsində 7 xalla turnirin qalibi adını qazanıb. Azərbaycan millisi 6 xalla ikinci, özbəklər 4 xalla üçüncü, qırğızlar isə xal toplamadan sonuncu olub.

XS
SM
MD
LG