Gürcüstan Dövlət Statistika Departamentinin məlumatına əsasən, 90-cı illərin əvvəllərində yaşı 65-i keçənlər təxminən 8 faiz təşkil edirdi.
Gürcüstan əhalisinin qocalmasının səbəblərindən biri kimi 80-ci illərin ortaları ilə müqayisədə doğumun iki dəfə azalması göstərilir. Başqa bir səbəb əhalinin qazanc dalınca ölkəni tərk etməsidir.
Buna baxmayaraq son 15 ildə ilk dəfə 2005-ci ildən başlayaraq Gürcüstana qayıdanların sayı vətəni tərk edənlərin sayını üstələyib.