Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 14:53

Avropa Azərbaycanlıları Konqresi Avropada ofisini yaradır


Natiq Ağamirov qurumun sədri vəzifəsinə seçilib
Natiq Ağamirov qurumun sədri vəzifəsinə seçilib

Martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin 2-ci qurultayı keçirilib.


Qurultay prezident İlham Əliyevə və Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə yardım xahişi ilə beynəlxalq təşkilatlara, xarici ölkələrin dövlət başçılarına və parlamentlərinə müraciətlər göndərib.


Konqres həmçinin Avropanın mərkəzi şəhərlərinin birində daimi ofisinin yaratmaq qərarına gəlib.


Avropa Azərbaycanlıları Konqresində təmsil olunan təşkilatların hamısı qeyri-hökumət təşkilatlarıdır.


30-dan çox ölkədən 160-a yaxın Azərbaycan diaspor təşkilatının nümayəndəsinin iştirak etdiyi qurultayda təşkilata yeni sədr və Mərkəzi Şuranın 103 nəfərdən ibarət yeni tərkibi seçilib. Qurumun sədri vəzifəsinə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Natiq Ağamirov seçilib.


XS
SM
MD
LG