Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

Qadın məhbusların tələbi: «karserlərin» döşəməsini dəyişdirin


Martın 10-da İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Bakıdakı 4 saylı qadın cəzaçəkmə müəssisəsində monitorinq aparıb. Məqsəd qadın məhkumların saxlanma şəraitini, onlara işgəncə verilib-verilmədiyini öyrənmək olub.


Komitənin sədri Elçin Behbudov «Azadlıq» radiosuna deyib ki, həmin müəssisəyə bir neçə məhbus qadının müraciəti ilə bağlı gediblər. Qadınlarla söhbət zamanı məlum olub ki, onlar təkadamlıq cərimə otaqlarının («karserlərin») döşəməsinin hələ də beton və daşdan olmasından narazıdırlar.


XS
SM
MD
LG