«Qafqaz respublikalarından hansısa biri ərazisində Amerikanın radar sistemini yerləşdirmək fikrinə düşsə, bu, Moskvayla münasibətləri korlayacaq».
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mixail Kaminin deyib.
Birləşmiş Ştatların Raket Hücumlarından Müdafiə İdarəsi ayın əvvəllərində bəyan edib ki, Vaşinqton Qafqazda radar sistemi yerləşdirmək fikrindədir.
Lakin Azərbaycan, Gürcüstan və Ermənistan deyirlər ki, onlara Birləşmiş Ştatlardan belə bir müraciət gəlməyib.