Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:53

«Cenevrə danışıqlarında müsbət dəyişiklik olmalıdır»


Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan, 27 iyun 2006

Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan, 27 iyun 2006


«Dağlıq Qarabağla bağlı Cenevrədə aparılacaq danışıqlarda müsbət dəyişiklik olmalıdır».



Bunu Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan martın 9-da Yerevanda keçirdiyi mətbuat konfransında deyib.


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Cenevrədə martın 13-14-də görüşməlidirlər.


Vardan Oskanyan deyib ki, ATƏT-in Minsk Qrupu Cenevrə danışıqlarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə zəmin yaradılmasını istəyir:


«Onlar mayın 12-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra mümkün qədər tez prezidentlərin görüşməsini istəyirlər. Buna görə də onlar istəyir ki, bundan öncə nazirlərin görüşündə bir irəliləyiş olsun».


XS
SM
MD
LG