Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 03:16

«Qırmızı Xaç»ın Yerevandakı təmsilçiləri əsrlikdə olan Azərbaycan əsgəri Samir Məmmədovla görüşüblər


Martın 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevandakı nümayəndəliyinin təmsilçiləri əsrlikdə olan Azərbaycan əsgəri Samir Məmmədovla görüşüblər. Bu barədə «Azadlıq» radiosuna komitənin Bakıdakı nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva Məlumat verib. O, bildirib ki, nümayəndəlik artıq 12-ci dəfədir ki, əsgərə baş çəkirlər.


Gülnaz Quliyevanın sözlərinə görə, indiyə qədər Samir Məmmədovdan ailəsinə 5, ailəsindən ona isə 9 məktub çatdırılıb. Əsgərin saxlanma şəraiti və səhhəti ilə bağlı ətraflı məlumat verilmir.


Samir Məmmədov 2006-cı ilin dekabrın sonlarında Ermənistan Silahlı Qüvvələrinə əsir düşüb.


XS
SM
MD
LG