Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 15:53

Xüsusi iqtisadi zona cənub bölgəsində yaradıla bilər


Heydər Babayev deyir ki, Sumqayıt ətrafında sənaye şəhərciyinin yaradılması nəzərdə tutulub
Heydər Babayev deyir ki, Sumqayıt ətrafında sənaye şəhərciyinin yaradılması nəzərdə tutulub

«Xüsusi iqtisadi zona Azərbaycanın cənub bölgəsində, dəniz sahilində yerləşən şəhərlərin birində yaradılacaq»-bu barədə İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib. Nazir deyib ki, bununla bağlı Nazirlər Kabinetində müzakirələr aparılır.


Xüsusi iqtisadi zonanın Sumqayıt ətrafında yaradılması məsələsinə aydınlıq gətirən nazir deyib ki, həmin ərazidə sənaye şəhərciyinin yaradılması planlaşdırılır.


Martın 7-də prezident İlham Əliyev Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması haqqında fərman imzalayıb. Fərmanda göstərilir ki, belə zonaların yaradılması Azərbaycanın əlverişli coğrafi və nəqliyyat mövqeyinin üstünlüklərindən istifadə etməklə xarici iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verə bilər. Ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətini İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.


XS
SM
MD
LG