Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:01

Bu yaz qadınlar üçün daha çox yubka dəbdə olacaq


İstanbul Moda Şousu, Birləşmiş Ərəb Əmirlikləri, 29 dekabr 2006
İstanbul Moda Şousu, Birləşmiş Ərəb Əmirlikləri, 29 dekabr 2006

Budəfəki «14-24»də dəbdən danışılır. Qarşıdan gələn yaz fəslinin dəbindən modelyer Fəxriyyə Xələfova söhbət açır. Xanım Xələfova bu yaz qadınlar üçün daha çox yubkanın dəbdə olacağını deyir. Bu yazın rənglərinə gəlincə, modelyer açıq rənglərin, daha çox açıq yaşıl, çəhrayı, mavi və bənövşəyi rənglərin dəbdə olacağını deyir. Aksessuarlar, yəni bəzək əşyaları və çantalar isə təkcə qadın yox, həm də kişi geyimlərini tamamlayacaq: «Gecə geyimləri arasında isə bahalı parçalardan tikilimiş paltarlar bu ilin dəbi hesab olunur».


Bundan başqa, verilişdə Azərbaycanda ilk dəfə olaraq təşkil olunan «Moda və aksessuarlar» adlı beynəlxalq sərgi barədə də danışılır. Martın 6-dan 8-dək Avropa hotelində keçiriləcək sərgi hər kəs üçün açıqdır.


XS
SM
MD
LG