Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 12:42

Litva «batmış» əmanətləri kompensasiya edib


Azərbaycanda isə hələ də əmanətləri qaytarmaq məsələsi müzakirə edilir
Azərbaycanda isə hələ də əmanətləri qaytarmaq məsələsi müzakirə edilir

Keçmiş Sovet respublikalarından hələlik yalnız Litvada hökumət 90-cı illərin əvvəllərində hiperinflyasiya üzündən vətəndaşların məhrum olduqları bank əmanətlərini kompensasiya edib.


«Azadlıq» radiosunun müxbiri Vilnyusdan xəbər verir ki, hələ yenidənqurma illərində itirilən bank əmanətlərini kompensasiya etmək barədə çoxdankı vədini hökumət bir neçə mərhələdə yerinə yetirib. Hazırda sonuncu mərhələ həyata keçirilir.


Ümumilikdə, Litvanın təxminən yarım milyon sakininin 90-cı illərin əvvəllərində qiymətdən düşən əmanəti indeksləşdirilərək onların hesablarına köçürülüb.


Əmanətlərin kompensasiyasının sonuncu mərhələsində Litva vətəndaşlarına bir milyard lit ödənib ki, bu da təxminən Rusiyanın hazırkı 10 milyard rubluna bərabərdir.


Azərbaycanda isə hələ də 1992-ci ilin yanvarın 1-nə qədər pulunu banklara etibar etmiş şəxslərin əmanətlərini qaytarmaq məsələsi müzakirə edilir. İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var. Ekspertlərin fikrincə, əmanətlər qaytarılarkən 1 rus rublu 1 dollara bərabər tutulmalıdır.


XS
SM
MD
LG