Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 02:12

İşıqpulu yığılması Nehrəmdə münaqişə ilə nəticələnib


Babək Rayon Polis Şöbəsindən deyirlər ki, polis Nehrəmdə sadəcə öz vəzifəsini yerinə yetirib
Babək Rayon Polis Şöbəsindən deyirlər ki, polis Nehrəmdə sadəcə öz vəzifəsini yerinə yetirib

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində işıqpullarının sayğacdankənar yığılması polislə kənd sakinləri arasında münaqişəyə səbəb olub. Nəticədə Nehrəm kənd sakini 1985-ci il təvəllüdlü Məmmədov Məhəmməd rayon məhkəməsinin qərarı ilə 15 günlük həbslə cəzalandırılıb. Onun ailəsindən «Azadlıq» radiosuna verilən məlumata görə Məhəmmədin həbsinə səbəb polisə etiraz etməsi olub. Belə ki, Məmmədovun qardaşının həyat yoldaşı Məhəbbət Məmmədova evdə tək olduğundan polisin mənzilə daxil olmasına etiraz edib. Buna görə də, polis tərəfindən döyülərək təhqir olunub.


Qadın deyir ki, polis elektrik idarəsinin işçisi olmadan evə daxil olmaq istəyib. Həyat yoldaşı Türkiyədə olduğundan o, hadisə barədə qaynına xəbər verib. Qaynı kənddəki polis bölməsinə gələrək, qohumuna edilən zorakılığın səbəbini aydınlaşdırmaq istəyib. Amma o da polisin təzyiqə məruz qalıb və həbs edilərək Babək Rayon Polis Şöbəsinə aparılıb. Qohumlarının bildirirlər ki, polis şöbəsində Məhəmmədə işgəncə verilib. Şöbədən onun yaxınlarına deyiblər ki, əgər bu haqda kiməsə məlumat verilsə, 15 günlük həbs uzunmüddətli həbslə əvəz olunacaq.


Naxçıvanda sayğacdankənar yığılan işıq pulunun məbləği adi işçilər və təqaüdçülər üçün 20 manat, idarə və məktəb rəhbərləri üçün 100-110 manatdır.


Babək Rayon Polis Şöbəsindən məsələ ilə bağlı bildiriblər ki, polis Nehrəm kəndində sadəcə olaraq öz vəzifəsini yerinə yetirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG