Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02

Vətəndaşlar daha çox məmurlardan şikayət edir


Ombudsmanın illik məruzəsinin parlamentdə müzakirəsi davam edir
Ombudsmanın illik məruzəsinin parlamentdə müzakirəsi davam edir

2005-ci illə müqayisədə 2006-cı ildə Ombudsman Aparatına ünvanlanan şikayətlərin sayı artmayıb. Amma, onların mahiyyətində dəyişiklik olub. İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova martın 6-da Milli Məclisdə etdiyi illik məruzəsində belə deyib. Onun sözlərinə görə əgər əvvəllər bu şikayətlər daha çox şəxsiyyət vəsiqələrinin verilməsi, torpaq problemi ilə bağlı idisə, indi məhkəmə qərarlarının icrasından, ünvanlı sosial yardımların verilməsindən, yerlərdə məmurların süründürməçiliyindən daha çox şikayətlər gəlir.


Elmira Süleymanova deyir ki, həbsxanalardakı işgəncələrlə bağlı qaldırılan məsələlər öz həllini tapıb. Bununla bağlı Qobustan həbsxanasının rəisi Sədaqət Ağayev vəzifəsindən kənarlaşdırılaraq, məsuliyyətə cəlb olunub. 5 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirilərkən aydın olub ki, oradakı məhbusların sayı normadan artıqdır və açıq vərəm xəstələri digərləri ilə bir yerdə saxlanılırlar. Məhkəmələrlə bağlı da ombudsmana müraciətlər olub və nəticədə 48 hakim cəzalandırılıb.



Bəzi millət vəkillərinin iradlarına baxmayaraq, ombudsmanın illik məruzəsi səsə qoyularaq qəbul olunub.



XS
SM
MD
LG