Yarımötürücülər İstehsalçıları Assosiasiyasının nümayəndələri bəyan ediblər ki, tarixdə ilk dəfə olaraq bir ildə mobil telefonların satışı milyardı ötüb. Ötən il dünyada rekord sayda - 1,02 milyard telefon satılıb. Gözlənilir ki, 2007-ci ildə satış həcmi artmaqda davam edəcək. Artım 10-15 faiz planlaşdırılır.
Bu arada «Motorola» aşağı qiymət seqmentinə aid telefonların maya dəyərini azaltmaq niyyətini bəyan edib. Şirkət nümayəndələri bildiriblər ki, ən ucuz aparatın istehsalına cəmi 2-5 dollar sərf oluna bilər. «Motorola» şirkətinin hesablamaları tamamilə haqlıdır. «ABI Research» şirkətinin analitikləri məhz ucuz telefonların satışında mühüm artım proqnozlaşdırırlar. Onların proqnozuna əsasən, artıq 2011-ci ildə satılan hər dörd mobil telefondan biri 20 dollardan ucuz olacaq.