Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 05:37

2007-ci ildə «Azərcell» tarifləri dəyişməyəcək

«2007-ci ildə ümumilikdə tariflər dəyişilməyəcək». «Azərcell» Telekom Birgə Müəssisəsinin baş direktoru A.Halim Atəş belə deyib. Cənab Atəş bildirib ki, digər rəqiblərinə rəqabətdə uduzmamaq üçün çoxlu sayda yeni güzəşt kampaniyaları həyata keçirəcəklər: «Həmçinin ofislərin, müştəri xidmətlərinin sayı iki dəfə artırılacaq, 350 yeni radiobaza stansiyası da quraşdırılacaq».


«Azərcell» Telekom Birgə Müəssisəsi 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda abunəçilərinin sayı 2 milyon 400 min nəfərə yaxındır.



XS
SM
MD
LG