Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:28

«Azadlıq» radiosunda iki yeni veriliş efirə çıxdı


Səfir Enn Dörs «Azadlıq» radiosunun hər iki verilişini maraqla qarşıladığını bildirib
Səfir Enn Dörs «Azadlıq» radiosunun hər iki verilişini maraqla qarşıladığını bildirib

Martın 5-dən «Azadlıq» radiosunda iki yeni veriliş efirə çıxdı. Onlardan biri - «Can Bakı» verilişində dinləyicilər həftə içi hər gün Bakının dolanışığı, siyasi və mədəni yaşamı, düşüncə və əyləncə həyatından xəbər tutacaq.


Günün ən çox danışılan hadisələrindən isə dinləyicilər hər iş gününün sonunda «Doktor Ziya ilə işdən sonra» verilişində xəbər tuta biləcəklər.


Martın 5-də efirə çıxan «Doktor Ziya ilə işdən sonra» verilişinin qonaqlarından biri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dörs olub. Xanım Dörs «Azadlıq» radiosunun hər iki verilişini maraqla qarşıladığını bildirib: «Siz Azərbaycanda azad mətbuatın inkişafına çox böyük töhfə verirsiniz. İstənilən güclü demokratiyanın özəyi budur. Mən sizin işinizi alqışlayıram və sizin verilişlərinizə hər səhər işə gedəndə və işdən qayıdanda qulaq asaram. Bu həm də mənə Azərbaycan dilini öyrənməyə kömək edər».


«Azadlıq» radiosunun yayım üzrə direktoru Mişel Dübak da hər iki verilişin auditoriya üçün faydalı olduğunu düşünür: «Baxmayaraq ki, mən Azərbaycan dilini başa düşmürəm, amma, verilişlərin mövzularını bilirdim. Məncə verilişlərin bu cür genişlənməsi auditoriya üçün çox faydalı olacaq».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG