Bu gün səhər saat 08:00-dan ANS TV-nin yayımı dayanıb. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədovun APA-ya verdiyi məlumata görə, yayımın dayanmasının səbəbi ANS TV-nin əsas ötürücüsünün sıradan çıxması ilə bağlı olub. Yaranmış texniki problem barədə ANS ÇM radiosu ilə dinləyicilərə, həmçinin, Milli Televiziya və Radio Şurasına məlumat verilib.
ANS TV-nin yayımı saat 12:15-də bərpa olunub.