Martın 5-i axşam saatlarından başlayaraq Azərbaycanda hava kəskin soyuyacaq. Paytaxtda yağış, dağ və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyevanın sözlərinə görə, bəzi rayonlarda yağışın intensiv olacağı gözlənilir.
Paytaxtda isə havanın tempraturu ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcək, martın 6 və 7-də şimal küləyi güclənəcək. Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava şəraiti martın 8-dək davam edəcək. Tutqun və yağıntılı hava şəraiti tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkənlər üçün əlverişsizdir.