Martın 8-də Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan rəsmi səfərlə Bakıya gəlir. Bu barədə «Novosti-Azərbaycan»a Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib. Diplomat deyib ki, baş nazir Azərbaycan-türk diaspor təşkilatlarının martın 9-da Bakıda keçiriləcək I Konqresində iştirak edəcək: «Bununla yanaşı cənab Ərdoğan Türkiyənin Azərbaycandakı səfirliyinin Səməd Vurğun küçəsində yerləşən yeni inzibati binasının rəsmi açılış mərasiminə də qatılacaq».
Diplomatın sözlərinə görə, Türkiyə hökumətinin başçısının həmçinin prezident və digər rəsmi şəxslərlə görüşəcəyi planlaşdırılır.
Baş nazirin səfəri martın 9-da başa çatacaq.