Ombudsman Elmira Süleymanova Azərbaycanda insan haqlarına dair illik məruzəsini hazırlayıb. Məruzə bu yaxınlarda Milli Məclisdə dinləniləcək, sonra ictimaiyyətə açıqlanacaq.
Ombudsman Aparatından deyirlər ki, sənəddə ombudsmanın insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti əks olunub. İnsan haqları müvəkkili qanunvericiliyə dəyişikliklər də təklif edir.
APA informasiya agentliyi isə xəbər verir ki, martın 6-da Ombudsmanın, 16-da isə hökumətin Milli Məclisdə hesabatı dinləniləcək.
Ombudsmanın ötən il Milli Məclisə təqdim etdiyi hesabatı bəzi deputatlar qeyri-dəqiqdir deyə tənqid etmişdilər.