Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:10

Sankt-Peterburqda «Razılaşmayanların Yürüşü» keçirilib


«Razılaşmayanların yürüşü», Sankt-Peterburq, 3 mart 2007
«Razılaşmayanların yürüşü», Sankt-Peterburq, 3 mart 2007

Sankt-Peterburqda 3 min müxalifət tərəfdarı icazəsiz «Razılaşmayanların yürüşü»ndə iştirak edib.


«Azadlıq» radiosunun müxbirinin verdiyi məlumata görə, onlarla nümayişçi döyülüb və saxlanıb. Saxlananlar arasında Millətçi-Bolşevik Partiyası və «Qırmızı Gəncliyin Avanqardı» hərəkatının liderləri Eduard Limonov və Serqey Udaltsov da var.


Milis yürüşü dağıtmağa çalışsa da, nümayişçilər dəstəsi mühasirəni yararaq Neva prospekti boyunda yürüşü davam etdirib.


«Razılaşmayanların yürüşü»nü müxalif «Başqa Rusiya» birliyi təşkil edib. Birlik siyasi məhbusların azad olunmasını, seçki qanunvericiliyinə düzəlişlərin ləğvini və kommunal xidmətlərə görə tariflərin azaldılmasını tələb edir.


XS
SM
MD
LG