Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

ABŞ səfiri jurnalistin qatillərini tapmağa çağırır


«Elmar Hüseynovun qatilləri ideyanı boğmağa müvəffəq ola bilmədilər»
«Elmar Hüseynovun qatilləri ideyanı boğmağa müvəffəq ola bilmədilər»

«Mən Azərbaycan rəhbərliyini Elmar Hüseynovu öldürənləri tutmağa və mühakimə etməyə çağırıram». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi «Monitor»un redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin ikinci ildönümü ilə bağlı dəyirmi masada səsləndirdi: «ABŞ Dövlət katibinin Demokratiya və İnsan Hüquqları üzrə yardımçısı Berri Levinkrounun dekabrda Bakıya səfər edərkən dediyi kimi, cənab Hüseynov kimi jurnalistlərə hücumlar demokratiyanın özünə edilən hücumdur».


Xanım Dörsi bildirdi ki, Elmar Hüseynovun qatilləri bir adamı öldürməyə nail olsalar da, ideyanı boğmağa müvəffəq ola bilmədilər. Səfir həmçinin demokratik gələcək yolunu seçmiş Azərbaycan rəhbərliyini bu böyük məqsəd naminə səylərini ikiqat artırmağa və ədalətin öz yerini tutmasına dəvət etdi.


Avropa Şurası Baş katibinin Azərbaycandakı şəxsi nümayəndəsi Denis Briborsia da hökuməti ədalətin bərpasına və redaktorun qatillərini tapmağa çağırdı.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hesab edir ki, «İlham Əliyev rejimi hakimiyyətdən getməyincə, bu cinayətin üstü açılmayacaq və ötən iki il də bunu təsdiq edir».


«Elmar Hüseynov» Fondunun rəhbəri Şahbaz Xuduoğlu isə deyir ki, bu cür toplantıların məqsədi redaktorun qətlinin istintaqını hərəkətə gətirməkdir.


Milli Təhlükəsizlik Nazirliyi isə istintaqın davam etdiyini söyləyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG