Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:25

Əli Nasir: «Öz MTN-imizdir, nə vaxt çağırarlar, gedərik»


«Aramızda səmimi söhbət oldu. Heç bir izahat yazmadım». Bunu «Media forum» saytının suallarını cavablandırarkən Talış Mədəniyyət Mərkəzinin sədr müavini Əli Nasir deyib.


Rəsmi məlumata görə, o, bir qrup şəxsin işi ilə bağlı aparılan istintaq-axtarış hərəkətləri çərçivəsində şahid qismində dindirilmək üçün fevralın 27-28-də Milli Təhlükəsizlik Nazirliyinə aparılıb.


Cənab Nasirin sözlərinə görə, ona yenidən MTN-ə gəlməyin zəruri olduğu haqda heç nə deməyiblər. Eyni zamanda o, vurğulayıb ki, dəvət olarsa, növbəti dəfə MTN-ə getməkdə heç bir problem görmür: «Öz MTN-imizdir, nə vaxt çağırarlar, gedərik».


XS
SM
MD
LG