Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 22:14

MTN mütəşəkkil dəstə zərərsizləşdirib


MTN mütəşəkkil dəstədən 60 kq-dan çox həşiş götürüb
MTN mütəşəkkil dəstədən 60 kq-dan çox həşiş götürüb

«İran-Azərbaycan-Rusiya» marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Onlardan 60 kq-dan çox həşiş götürülüb.


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) martın 1-də yaydığı məlumata görə, həmin dəstənin üzvləri-Cəlilabad rayon sakinləri-Mirxalıq Vəzirov, Elnur Vəzirov, Asif Qürbətov, Polad Ağayev, habelə hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən, Məmməd, Şahzad adlı İran vətəndaşları və qeyriləri qabaqcadan cinayət əlaqəsinə girərək, külli-miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər.


Məlumatda bildirilir: «Hələ 2007-ci ilin yanvar ayında Cəlilabad şəhərində Məmməd və Mirxalıq Vəzirovlar külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu İrandan Azərbaycana gətirib satmaq barədə sövdələşiblər».


Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama, daşıma, göndərmə və satma maddələri ilə cinayət işi başlanıb. Mirxalıq və Elnur Vəzirovlar, Polad Ağayev və Asif Qürbətov təqsirləndirilən şəxs qismində həbs ediliblər.


XS
SM
MD
LG