Martın 1-də Azərbaycan prezidenti İlham Əliyev «Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının yaradılması haqqında» sərəncam imzalayıb. Azərbaycanın Baş naziri Dövlət Komissiyasının sədri təyin olunub.
Sənəddə Nazirlər Kabinetinə bir ay müddətində Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün prezidentə təqdim etmək tapşırılıb.