Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 04:39

Qazaxıstan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşula bilər


Elmar Məmmədyarov deyir ki, hazırda layihənin texniki parametrləri öyrənilir
Elmar Məmmədyarov deyir ki, hazırda layihənin texniki parametrləri öyrənilir

«Biz Qazaxıstanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşulması imkanlarını müzakirə etmişik»- bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə keçirdiyi görüşdən sonra Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, söhbət Qazaxıstan qazının Azərbaycan ərazisindən keçərək dünya bazarlarına çıxarılmasından gedib: «Astana bu layihəyə maraq göstərir».


Cənab Məmmədyarov deyib ki, hazırda ekspertlər mövcud layihənin tariflərini, gömrük öhdəliklərini, texniki parametrlərini öyrənirlər.


Qazaxıstan ildə 27 mlrd. kubmetr qaz hasil edir, 2010-2015-ci illərdə bu həcm 40-50 mlrd. kubmetrə qədər artacaq.


Avropa Birliyi Xəzər regionun qazında maraqlıdır və bütün vasitələrlə Orta Asiyadan Azərbaycana Transxəzər qaz kəmərinin tikintisini dəstəkləyir.


XS
SM
MD
LG