Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

Keçmiş Müstəqil Azərbaycan Universiteti tələbələrinin Təhsil Nazirliyi qarşısında keçirdikləri piket dağıdılıb


Fevralın 28-də polis keçmiş Müstəqil Azərbaycan Universiteti (MAU) tələbələrinin Təhsil Nazirliyi qarşısında keçirdikləri piketi dağıdıb. «Media forum» xəbər verir ki, tələbələr razılıq üçün meriyaya etdikləri müraciətə müsbət cavab almadıqlarından icazəsiz aksiya keçirməyi qərara alıblar. Aksiya zamanı polislə tələbələr arasında qarşıdurma yaranıb.


Təhsil Nazirliyi ümumi test imtahanlarından kənar qəbul keçirdiyi üçün ötən il MAU-nun lisenziyasını ləğv edib. Bundan sonra, bütün yay ərzində universitetin tələbələri onların digər ali məktəblərə köçürülməsi tələbi ilə müxtəlif aksiyalar keçiriblər.


XS
SM
MD
LG