Dörd böyük Avropa paytaxt şəhərinin merləri fevralın 27-də Londonda görüşürlər. London, Paris, Berlin və Moskva merləri iki günlük görüş keçirəcəklər. Bundan əvvəl Moskvanın meri Yuri Lujkov deyib ki, Moskvada homoseksuallara parad keçirməyə imkan verməyəcək. Mavilərin haqlarını müdafiə qrupları London meri Ken Livinqstona, Paris və Berlinin merlərinə müraciət ediblər ki, Moskvanın qadağasına etiraz etsinlər.
Parisin və Berlinin merləri homoseksualdırlar. Rusiya insan haqları fəalları fevralın 26-da Lujkovu məhkəməyə veriblər. Moskva meri mavilərin paradlarını şeytan əməli adlandırdığına görə məhkəməyə verilib.