Martina Skorsezenin «Dönüklər» filmi ilin ən yaxşı filmi kimi «Oskar» mükafatı alıb.
Amerika Kino Akademiyası ilin ən yaxşı filmi kimi Martina Skorsezenin «Dönüklər» filmini seçib. Bu film ən yaxşı rejissor işinə görə də «Oskar» alıb.
Ən yaxşı qadın rolunun ifaçısı kimi «Kraliça» filmində baş rolu oynamış Helen Mirren tanınıb.
Ən yaxşı ön plan aktyoru nominasiyasında «Şotlandiyanın sonuncu kralı» filmində Uqanda diktatoru İdi Amini oynayan Forest Uiteker qələbə çalıb.
Ən yaxşı əcnəbi film kimi Almaniyanın «Özgə həyat» filmi tanınıb.
Ən yaxşı sənədli film kimi «Oskar»ı qlobal istiləşmə problemindən bəhs edən «Yersiz həqiqət» filmi alıb.