Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:20

Bu həftə «Elmar Hüseynov həftəsi» elan edilib


Martın 2-də jurnalistin qəbri ziyarət olunacaq, qətlə yetirildiyi yerə əklil qoyulacaq
Martın 2-də jurnalistin qəbri ziyarət olunacaq, qətlə yetirildiyi yerə əklil qoyulacaq

«Elmar Hüseynov» Fondu bu həftəni «Elmar Hüseynov həftəsi» elan edib. Bu barədə «Azadlıq» radiosuna Elmar Hüseynovun qətlini araşdıran İctimai Təhqiqat Qrupunun üzvü, sözügedən fondun təsisçilərindən biri, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, hər gün gündəlik mətbuatda Elmar Hüseynovla bağlı yazılar dərc ediləcək: «Həmin məqalələrdə əsas diqqət istintaqın gedişinə, sifarişçilərin və cinayəti törədənlərin tapılmaması səbəblərinə yönəldiləcək».


Cənab Xuduoğlu həmçinin bildirir ki, onlar martın 2-nə kimi, yəni Elmar Hüseynovun qətlə yetirildiyi günə qədər İctimai Təhqiqat Qrupuna istintaqın gedişilə bağlı rəsmi açıqlama verilməsinə çalışacaqlar.


Martın 2-də isə ötən il olduğu kimi, jurnalistin qəbri ziyarət olunacaq, qətlə yetirildiyi yerə əklil qoyulacaq.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. İşin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır.


XS
SM
MD
LG