Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:06

Vergilər nazirinin qardaşı təsadüfən silahdan açılan atəşlə yaralanıb


Vergilər naziri Fazil Məmmədovun qardaşı Fərhad Məmmədov təsadüfən silahdan açılan atəşlə yaralanıb, o, silahla ehtiyatsız davranıb.


Bunu «Azadlıq» radiosuna Vergilər Nazirliyi mətbuat xidmətinin rəhbəri Fariz Səmədov bildirib.


Fərhad Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qərb zonası üzrə regional şöbəsinin müdiridir.


Son vaxtlar bəzi mətbuat orqanları Fərhad Məmmədovun münaqişə zəminində güllələndiyi barədə məlumatlar yayıb.


XS
SM
MD
LG