Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:18

YAP-ın Xocalı faciəsinə həsr etdiyi tədbirə diplomatik korpusun əksər təmsilçiləri qatılmadı


Fevralın 23-də hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyaların, QHT-lərin və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 15-ci il dönümünə həsr olunmuş konfrans keçirib. YAP icra katibi Əli Əhmədov bildirib ki, tədbiri keçirməkdə məqsəd faciə və onu törədənlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. «15 il keçməsinə və Azərbaycanın yetərincə faktlar açıqlamasına, məlumat yaymasına baxmayaraq təəssüf ki, hələ də dünya ictimaiyyəti bu qanlı faciəyə lazımi qiymət verməyib».


Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərindən tədbirə yalnız, Türkiyə, İran, Misir və Ukrayna təmsilçilərinin qatılması konfrans iştirakçılarının narazılığına səbəb olub.


Konfransın sonunda Xocalı faciəsinin soyqırım kimi tanınması barədə dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.


XS
SM
MD
LG