Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:31

«İran ədalətli danışıqlara hazırdır»


İran prezidenti Mahmud Əhmədinejad uranın zənginləşdirilməsi proqramından geri çəkilmək fikrində deyil
İran prezidenti Mahmud Əhmədinejad uranın zənginləşdirilməsi proqramından geri çəkilmək fikrində deyil

Hər hansı qətnamələrin qəbul edilməsi İranın nüvə proqramı ilə bağlı yaranmış problemin həlli yolu deyil. İranın Bakıdakı səfiri Əfşar Süleymani deyir ki, İran ədalətli danışıqlara hazırdır və bunu dəfələrlə bəyan edib: «Danışıqları İran yox, qarşı tərəf tərk edib. Ancaq buna baxmayaraq hələ də İran məsələnin diplomatik vasitələrlə, müzakirə yolu ilə həllinə tərəfdardır».


Əfşar Süleymaninin sözlərinə görə, hadisələrdən sonra İrana embarqoların artması da istisna olunmur. Ancaq İran embarqolar şəraitində də böyük nailiyyətlər əldə edib. Digər tərəfdən isə İran dövlətinin bu siyasəti xalq tərəfindən müdafiə olunur.


XS
SM
MD
LG