Prezident İlham Əliyevin fevralın 22-də imzaladığı sərəncamla Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Tahir Tağızadə buna qədər Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri vəzifəsində işləyirdi.
Ölkə başçısının digər sərəncamı ilə isə Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.