Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:48

MAQATE təsdiqlədi ki, İran uranı zənginləşdirməyi dayandırmayıb


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmən təsdiqləyib ki, İran fevralın 21-dək uranın zənginləşdirilməsi üzrə işləri dayandırmayıb.


BMT Təhlükəsizlik Şurasının İrana verdiyi 60 günlük müddət fevralın 21-də başa çatıb. İndi Tehrana qarşı sanksiyalar tətbiq oluna bilər.


Birləşmiş Ştatlar artıq bəyan edib ki, Təhlükəsizlik Şurasının qətnaməsi ilə nəzərdə tutulan sanksiyalar siyahısının genişləndirilməsinə çalışacaqlar. Bununla belə, Vaşinqton qeyd edir ki, İran problemini güc yoluyla həll etməyə hazırlaşmır.


BMT-nin baş katibi Pan Qi Mun İranın hərəkətlərindən dərin təəssüfünü bildirib.


XS
SM
MD
LG