Bugünkü məhkəmədə İnsanovun vəkilləri bir sıra vəsatətlər qaldırsalar da onların əksəriyyəti təmin olunmayıb. Ötən iclasda sabiq nazir özünü siyasi məhbus hesab etdiyini və ona qarşı irəli sürülən ittihamların qondarma olduğunu bildirmişdi.
Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə keçmiş Səhiyyə naziri Əli İnsanov və nazirliyin on nəfər yüksək vəzifəli şəxsləri vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakının mənimsəməkdə və s. maddələrlə təqsirləndirilirlər.