Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 23:35

Mobil telefonunuz oğurlanıbsa…


Polis oğurlanmış mobil telefonu 1 ay ərzində tapıb istifadəçiyə qaytara bilər
Polis oğurlanmış mobil telefonu 1 ay ərzində tapıb istifadəçiyə qaytara bilər

«Mənim mobil telefonumu 131 saylı marşrutda oğurlayıblar. Bir də xəbər tutdum ki, telefonum cibimdə yoxdur. Basabas olduğundan necə oğurladıqlarından heç xəbərim də olmayıb». Ramin kimi mobil telefonları oğurlananların sayı ötən illərlə müqayisədə indi daha çoxdur. Bakı Şəhər Baş Polis İdarəsindən belə deyirlər. Oğurlanan telefonlara hətta müştəri tapıb satanlar da var. Bakıda söhbətləşdiyim Rəhman deyir ki, telefon aldığı günün səhəri ona zəng edib aldığı telefonun oğurluq olduğunu deyiblər: «Telefonu aldığım şirkət onu mənə sənədlərlə satmışdı. O sənədlər olmasaydı məni oğru kimi tutacaqdılar».


Bakı Şəhər Baş Polis İdarəsindən polkovnik Şahməmməd Şahməmmədov deyir ki, oğru üçün mobil telefonu oğurlamaq asan olduğu kimi polisin həmin oğrunu tutması da çətin iş deyil. Bunun üçün telefonu oğurlanan istifadəçinin hadisənin baş verdiyi ərazidəki polis bölməsinə müraciət etməsi və ərizə formasını doldurması tələb olunur. Ərizədə oğurlanan telefonun kimin adına olması, e-mail kodu və telefon nömrəsi göstərilməlidir: «Ərizə polisə yazılanda pul köçürülmür. Ərizəni qeydiyyata almaq polisin borcudur».


Polisə müraciət etdikdən sonra istifadəçi abunəçisi olduğu telefon şirkətinə - Azercell və ya Bakcell-ə müraciət etməklə telefon nömrəsini bağlatdıra və nömrə olan kartın surətini çıxartdıra bilər. Bakcell abunəçilərinə bu, 5 manat 90 qəpik, Azercell abunəçilərinə isə 6 manata başa gəlir. İtmiş nömrənin surətini çıxarmaq üçün müştəri xidmətinə yalnız şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək lazımdır. Telefonun tapılması üçünsə polis telefonun oğurlanması ilə bağlı Azercell və Bakcellə rəsmi müraciət ünvanlayır və bu iki qurum birlikdə oğrunun axtarışına çıxırlar. Azercellin mətbuat katibi Rüfət Abbasov: «Bütün telefonların e-mail kodu var. Polis orqanı tərəfindən daxil olan sorğuya əsasən o e-mail kod vasitəsilə telefonu izləməyə başlayırıq. 1 ay ərzində telefon hansı yerdə aşkar olunsa, polis idarəsinə bu barədə məlumat veririk».


Həm Azercell və Bakcell, həm də Bakı Şəhər Baş Polis İdarəsindən bildirdilər ki, əksər hallarda istifadəçiyə oğurlanmış telefonu 1 ay ərzində tapıb qaytara bilirlər.


XS
SM
MD
LG