Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:58

Kişilərin girişinin qadağan olunduğu qadın adası…


Bu yaxınlarda qadınlar futbol stadionlarını ziyarət etmək hüququ əldə ediblər
Bu yaxınlarda qadınlar futbol stadionlarını ziyarət etmək hüququ əldə ediblər

İranda kişilərin girişinin qadağan olunduğu qadın adası yaradılacaq. Bu barədə İranın «Tehran Emrooz» qəzeti məlumat yayıb.


Yerli rəsmilərdən birinin bildirdiyinə görə, ada Qərbi Azərbaycan əyalətindəki böyük Urmiya gölündə yerləşəcək. Bu, əyalətdə turizmin inkişafına təkan verəcək.


«Arezu» adlı adada ümumiyyətlə, kişi olmayacaq. Nəqliyyatda, restoranlarda və başqa müəssisələrdə yalnız qadınlar çalışacaq.


İranda qadınlara çılpaq bədənlərini göstərmək qadağandır və onlar üst örtüyü gəzdirməyə borcludurlar. Ancaq artıq qadınların çimərlik paltarlarında çimmələri üçün xüsusi çimərliklər mövcuddur. Bu yaxınlarda qadınlar futbol stadionlarını ziyarət etmək hüququ əldə ediblər. Ölkədə yalnız qadınların gələ bildiyi parklar var.


XS
SM
MD
LG