Vyanada Kosovoya dair danışıqların final raundunun birinci günü kompromisə ümid yaratmayıb.
BMT-nin xüsusi nümayəndəsi Martti Ahtisaarinin bildirdiyinə görə, Serbiya və Kosovo albanlarının nümayəndələri razılığın əldə olunmasında nəticə əldə etməyiblər.
Serb tərəfi bildirib ki, Kosovonun gələcək statusuna dair BMT-nin təklif etdiyi planı rədd edir, çünki onu Serbiyanın müstəqilliyinin pozulması sayır.
Kosovo albanları isə öz növbəsində, diyara Serbiyadan tam müstəqillik verilməsində israr edirlər.